Rəqəmsal marketinq ( Digital Marketing )
Tez-tez eşitdiyimiz rəqəmsal marketinqin ( digital marketing ) nə olduğunu və harda istifadə olunduğunu bilirsiniz? Yeni dövrün aktual mövzusu sayılan bu sahəyə gündəlik həyatımızda dəfələrcə rast gəlirik. Bu məqalədə daha ətraflı tanış olacaqsınız.
Rəqəmsal marketinq (digital marketing), internet və digər rəqəmsal kanallar vasitəsilə məhsul və ya xidmətlərin tanıdılması və təşviqidir. Bu sahə, ənənəvi marketinq üsullarından fərqli olaraq, müştərilərlə daha birbaşa və ölçülə bilən əlaqələr qurmağa imkan tanıyır. Müştərilərin məlumatlarını və reklamların nəticələrini analiz etmək də daha əlçatandır. Rəqəmsal marketinq internetin gücündən istifadə edərək rəqəmsal platformalarda yaradıcı kontentlər yaratmaqdan ibarətdir. Sosial Media Marketinq ( SMM ), SEO, SEM, Kontent marketinq, İnfluenser marketinq, Klikə görə ödəniş (PPC) rəqəmsal marketinqin növlərinə aid edilir. Bu rəqəmsal marketinq ( digital marketing ) növlərinə daha ətraflı nəzər yetirək.
Sosial Media Marketinq ( SMM )
Sosial Media Marketinq, İnstagram, Facebook, Twitter ( yeni adı ilə X ), Threads, Linkedin, Tiktok kimi rəqəmsal platformalarda markaların özlərini tanıtması, reklam kampaniyalarının yaradılması və idarə edilməsidir. Əsas məqsədi düzgün məzmunla müştəri kütləsinə çataraq, müştəri bazasını artırmaqdır. Sosial Media Marketinq rəqəmsal marketinqin müstəqil parçası da hesab olunur. Bizneslərin aşağı büdcə ilə hədəf kütləsinə çata biləcəyi ən ideal rəqəmsal sahədir və bu dövrdə geniş istifadə olunur.
Axtarış Motoru Optimizasiyası ( Digital marketing SEO )
Bizneslərin axtarış motorlarında önə çıxması üçün vebsaytlarda tətbiq olunan rəqəmsal marketinq ( digital marketing ) növüdür. Əsas məqsədi vebsaytlarda düzgün məzmun yaradaraq, müəyyən açar sözlərdən istifadə edərək axtarış motorlarında ön sıralarda olmaqdır.
On – page SEO
Saytın içindəki məzmunun və meta heşteqlərin (başlıqlar, təsvirlər və s.) optimallaşdırılmasıdır.
Off – page SEO
Veb saytın xaricindəki faktorlara, məsələn, digər saytlardan gələn bağlantılara (backlinklər) diqqət yetirməkdən ibarətdir.
Axtarış Motoru Marketinqi ( Digital marketing SEM )
Rəqəmsal marketinqin bu növü bəzən SEO ilə qarışdırılır. SEM, SEO – dan fərqli olaraq, ödənişlidir. Google platformasında ödənişli reklamların yayınlanması SEM adlanır. SEM qısa müddətlidir.
Klikə görə ödəniş ( Pay Per Click)
Klikə görə ödəniş (Pay Per Click – PPC), reklam verənlərin reklamlarının hər klik üçün ödəniş etdiyi bir onlayn reklam modelidir. Bu modeldə, reklamlar axtarış motorları, sosial media və digər onlayn platformalarda görünür və istifadəçilər reklamı kliklədikdə, reklam verən ödəniş edir.
Kontent marketinq
Kontent marketinq, müştərilərin diqqətini cəlb etmək və onlarla əlaqələrin yaradılması prosesidir. Kontent marketinq rəqəmsal marketinqdə ( digital marketing ) yaradıcılıq tələb edən sahədir. Hədəf kütlənizin tələbinə uyğun olaraq məzmunun yaradılması vacib faktordur. Təbii ki, bu da marketinqə, dolayı yolla satışa təsir edir.
İnfluenser marketinq
İnfluenser marketinqi, markaların məhsul və xidmətlərini tanıtmaq üçün sosial media və digər platformalarda təsir gücünə malik şəxslərlə (influenserlərlə) əməkdaşlıq etmə strategiyasıdır. Məsələn, yerli bazarda Bəhram Bağırzadə, Aynişan Quliyeva, Rəvan Bağırov kimi məşhurlar bəzi markaların influenser marketinq strategiyasının reklam üzüdür.
Rəqəmsal marketinq ( Digital marketing ) xidmətlərindən yararlanmaq və ya sadəcə biznesinizi böyütmək üçün bizimlə əlaqə saxlayın.