Skip to content
  • Xidmətlərimiz
  • Komandamız
  • Haqqımızda
  • Oxu
Menu
  • Xidmətlərimiz
  • Komandamız
  • Haqqımızda
  • Oxu
əlaqə saxla
👋

Marketinq

Brendinq – loqo niyə vacibdir?

  • Yenilənib Avqust 5, 2024

Paylaş

Brendinq nədir?

Brendinq brendin təmsil etdiyi imicin, şəxsiyyətin məcmusudur. Brendinqin əsas məqsədi, markanın bazarda tanınmasını artırmaq, müştəri loyallığını qurmaq və rəqiblərdən fərqlənməkdir. Marka tanıtımı üçün vacib nüans olan brendinqin görünən və görünməyən elementləri mövcuddur. Ad, loqo, sloqan, motto, maskot görünən, brend imici, şəxsiyyəti, kimliyi isə, görünməyən elementlərə aiddir.

Loqo nədir və niyə vacibdir?

Loqo brend imicini yansıdan qrafik simvoldur. Digər brend elementləri kimi şirkət üçün önəmlidir. Yaxşı dizayn edilmiş loqo, brendin şəxsiyyətini və dəyərlərini effektiv şəkildə təmsil edir, həmçinin müştərilərdə etibar və tanınma hissi yaradır.

Brendin loqosu onun vizual təmsilçisidir və onun müştəri ilə ilk təsirini yaradır. Bu səbəbdən, düzgün hazırlanmış loqo brendin bazar mövqeyini gücləndirir, markanın dəyərlərini vizual olaraq ifadə edir və müştəri ilə güclü emosional əlaqə qurur.

Loqoda rənglərin və dizaynın seçimindən danışmaq, bir şirkətin brendinq strategiyasının uğuru üçün əhəmiyyətli rol oynayır. Rənglər, loqonun təsirini və tanınmasını böyük ölçüdə müəyyən edir, çünki hər rəng fərqli emosional reaksiyalar və anlamlar yaradır. Məsələn, mavi rəng etibar və peşəkarlığı təmsil edir. Həmçinin sarı və qırmızı rəng insanlarda aclıq hissini yaradır.Ona görə də öz loqolarında KFC sarı, Mcdonalds isə, qırmızı rəngdən istifadə edib.

Dizayn elementləri isə loqonun sadə və yaddaqalan olmasını təmin edir. Minimalist və təmiz dizayn, loqonun müxtəlif mühitlərdə – həm çapda, həm də rəqəmsal platformalarda – effektiv şəkildə görünməsini təmin edir. Loqo dizaynında istifadə olunan formalar və xəttlər, şirkətin şəxsiyyətini əks etdirir və müştəri yaddaşında uzun müddət qalmasına kömək edir.

Yekun olaraq, loqo şirkətin brendinq strategiyasının ayrılmaz hissəsidir və onun uğuruna birbaşa təsir göstərir. Şirkətlər üçün loqonun vacib olması, onların bazar rəqabətində mövqelərini möhkəmləndirir və uzunmüddətli müştəri əlaqələri qurmağa kömək edir.

Xidmətlərimiz

Kateqoriya

  • Marketinq

Bənzər Məqalələr

Ödənişsiz konsultasiya üçün əlaqə saxla
Xidmətlərimiz ilə tanış ol

Bizimlə əlaqə

  • 📧    salam@markfactorys.com
  • 💬   +994 50 385 62 84

Ünvan

  • 🌍    Chinar Park, 1/25, 4/401 Ahmad Rajabli, Baku 1075
  • 🕒    7/24

Təkliflər üçün

Bizi izlə!

  • Facebook
  • LinkedIn
  • Instagram
  • Twitter

Copyright © 2024 Mark Factorys | Bütün Hüquqlar Qorunur